Müəllif - Fərid İslamov - Banco.az
HSBC və Deutsche Bank-ın analitikləri İngiltərə Bankının növbəti faiz endirimini daha uzaq vaxta təxirə salıblar, əsas səbəb yüksək inflyasiyanın qorunmasıdır.
Avqust iclasının nəticələrinə görə, Böyük Britaniya Mərkəzi Bankı bazar faizini 25 baza bəndi endirərək 4%-ə çatdırıb. Eyni zamanda rəhbər heyətin beş üzvü 25 baza bəndi endirilməsini dəstəkləyib, dörd üzv isə faiz dərəcəsinin sabit qalmasını istəyib.
İyulda Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 3,8% artıb, bu isə yanvar 2024-dən bəri ən yüksək inflyasiya səviyyəsidir.
Deutsche Bank-ın ekspertləri hesab edir ki, növbəti dəfə borc dəyəri dekabrda azalacaq, noyabrda yox. Onların fikrincə, avqust iclasında kiçik üstünlüklə keçirilmiş səsvermə İngiltərə Bankının rəhbərləri arasında dərin fikir ayrılıqlarını göstərib və başçı Endryu Beyli bəlkə də faiz endirimi barədə qərarı ilin sonuna qədər gözləmək istəyə bilər.
HSBC isə hesab edir ki, Mərkəzi Bank aprel 2026-dək monetar siyasəti dəyişməyəcək. Əvvəllər onlar İngiltərə Bankının faizləri hər rübdə endirəcəyini gözləyirdilər.
İndi HSBC analitikləri proqnozlaşdırır ki, fevral 2027-ə qədər faiz dərəcəsi 3%-ə endiriləcək.
