Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 572 ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Ümumi bankomatların 1 930-u Bakının, 1 642-si regionların payına düşüb. Dekabrda Bakıda bankomatların sayı 12 ədəd artıb.
İllik müqayisədə ümumi bankomatların sayı 268 ədəd, Bakı şəhəri üzrə 158 ədəd, regionlarda isə 110 ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
