Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2024-cü ilin dekabr ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi azalaraq 30,78% təşkil edib. Noyabr ayında “Samsung”un bazar payı 34,17%, oktyabr ayında isə 33,55% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı dekabr ayında 25,74% olub. Ötən ay ABŞ-nin markası “Apple”ın bazar payı isə noyabrla müqayisədə 16,81%-dən 18,14%-ə yüksəlib.
Digər markalardan “Honor”un payı 4,85%, “Huawei”nin payı isə 1,91% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!