Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 44 milyon 757 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 3 milyon 525 min manat və ya 7,3% azalıb. Ötən ilin yanvar-aprel ayında bu növ üzrə sığorta yığımlarının məbləği 48 milyon 282 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 269.2 min manat və ya 38.1% artaraq 976 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram