Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 75 milyon 43 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 2 milyon 434 min manat və ya 3,4% çoxdur. Ötən ilin yanvar-noyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 72 milyon 609 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 614 min manat və ya 47,1% azalaraq 2 milyon 936 min manata enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram