Cybertruck proqramının rəhbəri 8 ildən sonra Tesla-nı tərk edir | Banco.az

Cybertruck proqramının rəhbəri 8 ildən sonra Tesla-nı tərk edir

Müəllif - Fərid İslamov - Banco.az

 Amerika şirkəti Tesla-nın Cybertruck elektrik pikaplarının hazırlanması və buraxılışına cavabdeh olan Siddhant Avasti şirkəti tərk etdiyini LinkedIn sosial şəbəkəsindəki paylaşımında bildirib.

Avasti xüsusilə Cybertruck-ın məhsul strategiyası, keyfiyyətinin yüksəldilməsi və təchizat zəncirinin idarə edilməsi məsələlərinə nəzarət edib.  
Bundan başqa, keçən ilin iyul ayında o, Model 3 sedanlarının istehsalına cavabdeh olan bölməyə rəhbərlik etməyə başlayıb.

Avasti şirkətə 8 ildən çox əvvəl təcrübəçi kimi daxil olub. Onun vəzifələrini kimin üzərinə götürəcəyi barədə məlumat verilmir.

Reuters-in yazdığına görə, son aylarda Tesla anbarda qalan Cybertruck-lara minlərlə dollar həcmində endirimlər tətbiq edib.  
2023-cü ilin noyabrında istehsala başlanandan 2025-ci ilin fevral ayının sonuna qədər Tesla təxminən 46 min belə avtomobil istehsal edib. Şirkət bu maşınları dəfələrlə geri çağırıb.

Bazar ertəsi öncəsi ticarətdə Tesla səhmləri 2,2% bahalaşır.