Commerzbank cümə axşamından başlayaraq öz səhmlərini 1 milyard avroya qədər geri alacaq | Banco.az

Commerzbank cümə axşamından başlayaraq öz səhmlərini 1 milyard avroya qədər geri alacaq

Müəllif - Fərid İslamov - Banco.az

Almaniyanın ikinci ən böyük bankı Commerzbank AG öz səhmlərinin 1 milyard avroya qədər geri alınması proqramını elan edib.

Səhmlərin geri alınması 25 sentyabrdan başlayacaq və 10 fevral 2026-cı ilədək başa çatdırılacaq.

2025-ci ilin əvvəlindən etibarən Commerzbank-ın bazar kapitallaşması iki dəfə artaraq 35 milyard avronu keçib, halbuki DAX indeksində artım 18% təşkil edib.