Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin “BYD” şirkəti “Tesla”nı geridə qoymağa hazırlaşır.
Banco.az xəbər verir ki, çinli şirkətlər elektromobil sənayesində ön plana çıxmağa başlayıb.
Son illərdə dünyada ən çox satışı ABŞ-ın elektrik avtomobil nəhəngi “Tesla” həyata keçirsə də, “BYD” yeni planları ilə birinci yerə can atır.
Həm sərfəli, həm də yüksək texnologiyalı avtomobillərə diqqət yetirən çinli şirkət son illərdəki yüksəlişi ilə diqqət çəkib.
“BYD”nin 2023-cü ildə qlobal avtomobil tədarükünün sentyabr dövründə 500 min ədədə çatdığı güman edilir. Digər tərəfdən, “Tesla” eyni dövrdə təxminən 545 min elektromobil tədarük edib.
“Tesla”dan daha sərfəli elektrik avtomobilləri istehsalı ilə tanınan “BYD” beynəlxalq qiymətləndirmələrdə də olduqca yaxşı çıxış edib. Məsələn, “Dolphin” və “Atto 3” modelləri Yeni Zelandiyada ilin avtomobili mükafatlarını qazanıb.
“Tesla” ikona olaraq qalmasına baxmayaraq, qiymətləri ilə Çin markalarından geridə qalıb. “BYD” kimi şirkətlər 30 min dollardan aşağı avtomobillər təklif edərək elektrik avtomobillərini daha geniş auditoriyaya yaymağı bacarıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!