Çinin əhalisi azalmaqda davam edir | Banco.az

Çinin əhalisi azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin əhalisi azalma tendensiyasını 2023-cü ildə də davam etdirib.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan materik Çinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb.

Bununla da, ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib.

Qeyd edək ki, Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən sonra ilk dəfə 2022-ci ildə azalıb.

Çində 2023-cü ildə 9,02 milyon körpə doğulduğu halda, doğulanların sayı 9,56 milyon körpənin doğulduğu 2022-ci illə müqayisədə 5,6 faiz azalıb. Doğum nisbəti milli qeydlərin aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə enərək mində 6,39 olub. Çində doğum nisbəti 2022-ci ildə mində 6,77-yə düşüb.

Ekspertlərin fikrincə, Çin əhalisini tədricən qocalmağa və əmək qabiliyyətli əhalinin payının getdikcə azalmağa doğru gedəcəyi uzunmüddətli demoqrafik dəyişikliklə üz-üzədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram