Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində əhalinin sayı 1961-ci ildən bəri ilk dəfə azalıb.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosu çərşənbə axşamı bildirib ki, 2022-ci ildə ölkə əhalisinin sayı azalıb.
Buna görə, 2021-ci illə müqayisədə Çində əhali 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 minə düşüb. 2021-ci ilin sonunda isə əhalinin sayı 1 milyard 412 milyon 600 min nəfər olub.
2021-ci ildə Çinin əhalisi ən aşağı sürətlə artıb. Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin sonuna əcnəbilər istisna olmaqla materik Çinin əhalisinin sayı 480 min artaraq 1,41 milyard nəfərə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
