Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin baş ticarət müzakirəçisi Li Çinqanq danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.
Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü Xı Yonqçien Linin səfəri ilə bağlı açıqlamasında Linin Vaşinqtonda kimlərlə görüşəcəyinə dair məlumat verməsə də, Çin-ABŞ iqtisadi və ticarət mexanizmini ən səmərəli şəkildə istifadə etməyi, problemlərin isə bərabər dialoq və məsləhətləşmə yolu ilə həll edilməsini istədiklərini bildirib.
Çin və ABŞ arasında tarif danışıqlarının davam etdiyi bir dövrə təsadüf edən bu səfərin yeni danışıqlar raunduna hazırlıq məqsədi daşıdığı ehtimal olunur.
ABŞ tərəfindən verilən açıqlamada isə Li-nin nazir müavini səviyyəsində vəzifəlilərlə görüşəcəyi bildirilib.
Li may ayında Cenevrədə, iyun ayında Londonda və iyul ayında Stokholmda ABŞ-la aparılan ticarət danışıqlarında Baş nazirin müavini Xı Lifin və Ticarət naziri Vanq Vıntao ilə birlikdə Çin nümayəndə heyətində iştirak etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!