Müəllif:Ayşən İmanova/Banco.az
Çində istehlak qiymətləri (CPI) dekabrda illik ifadədə 0,1% artıb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin hesabatında deyilir.
Ölkədə inflyasiya ardıcıl on birinci aydır ki qeydə alınır, lakin ötən ay qiymət artımı tempi 2024-cü ilin martından bəri ən aşağı səviyyədə olub.
Dekabr göstəricisi “Trading Economics” tərəfindən sorğu edilən analitiklərin orta proqnozu ilə üst-üstə düşüb. Noyabrda isə inflyasiya 0,2% təşkil edib.
Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri dekabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 0,4% artıb. Bu, son beş ayın ən böyük artımıdır.
Ölkədə artıq 27-ci aydır ki, deflyasiya müşahidə edilir.