Müəllif:Ayşən İmanova/Banco.az
Çində istehlak inflyasiyası yanvarda son 5 ayın ən yüksək səviyyəsinə yüksəlib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin (DSİ) hesabatında deyilir.
Bildirilir ki, ölkədə inflyasiya ardıcıl on ikinci aydır ki, qeydə alınıb.
Belə ki, istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıb. Ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiyası yanvarda 0,6 faizə yüksəlib.
Ötən ay Çində ərzaq məhsullarının qiyməti 0,4%, qeyri-ərzaq mallarının qiyməti isə 0,5% artıb. Tibbi xidmətlər 0,7 faiz, təhsil xidmətləri 1,7 faiz bahalaşıb. Nəqliyyat xidmətlərinin qiymətləri isə 0,6% ucuzlaşıb.
Qeyd olunub ki, Çində istehsalçı qiymətləri bir ay əvvəl analoji enişdən sonra keçən ay illik müqayisədə 2,3% azalıb.