Müəllif - Fərid İslamov - Banco.az
CNBC-nin Çin Ticarət Nazirliyinin bəyanatına istinadən verdiyi xəbərə görə, Çin Ticarət Nazirliyi Nexperia-nın Çin müəssisəsində istehsal olunan bəzi çiplərin ixracına icazə verilməsi üçün tədbirlər görüb və Avropa İttifaqını Çinə məxsus Wingtech Technology şirkətinə aid olan bu şirkətə qarşı qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması üçün Niderland hökumətinə təzyiq göstərməyə çağırıb.
Pekin həmçinin Niderlanddan gələcək danışıqlar qrupunu qəbul etməyə razı olduğunu bildirib və Amsterdamın konstruktiv həllər təklif edəcəyinə və Nexperia ətrafındakı münaqişənin həlli üçün konkret addımlar atacağına ümid etdiyini vurğulayıb.
Əvvəllər xəbər verildiyi kimi, Niderland Nexperia-nı nəzarətə götürüb və bunu fövqəladə hallarda şirkətin istehsal etdiyi çiplərin əlçatan olmaması riskinin qarşısının alınması zərurəti ilə izah edib.
Nexperia avtomobil sənayesi üçün əsas komponent təchizatçısıdır. Şirkət adi istehsal prosesini davam etdirir, lakin Niderland hakimiyyəti rəhbərliyin qərarlarını Avropada komponent təchizat zəncirlərinə mənfi təsir edə biləcəyi təqdirdə bloklamaq və ya ləğv etmək səlahiyyətinə malikdir.
