Çin kriptovalyuta reytinqi: Dekabr 2018 | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çin kriptovalyuta reytinqi: Dekabr 2018

Çinin İnformasiya Texnologiyaları və Sənayenin İnkişafı Mərkəzi (CCID) kriptovalyuta üzrə noyabr ayı üçün tərtib etdiyi rəsmi reytinqini açıqladı. May ayından etibarən tərtib edilən sayca 7-ci reytinqdə 33 kriptovalyutanın 3 əsas kateqoriya – baza texnologiyası, tətbiqi və innovasiya üzrə göstəriciləri nəzərə alınır. İlk beşlikdə yer alan kriptovalyutalar: Eos, Ethereum, GXChain, Komodo, Ontology. Çinli eksertlər hesab edir ki, rəqəmsal valyutalar içərisində EOS ən çox prespektivi olan kriptovalyutadır.

Dekabr üzrə reytinqdə GXChain 6-cı yerdən 3-cü yerə, Komodo 12-dən 4-ə, Ontology isə 5-ci yerə qalxıb.  Bitcoin 13-cu yerdən 18-ci yerə, Ripple 10-dən 19-a düşüb.

rejting-1.png

Xatırladaq ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi kriptovalyutalar üzrə reytinqi 2018-ci ilin may ayından etibarən dərc etməyə başlayıb. Bununla da Çin, kriptovalyutaların rəsmi hökumət reytinqini dərc edən ilk ölkə oldu.

Kriptoinvest.az