Çin İrandan neft alışını sürətləndirir | Banco.az

Çin İrandan neft alışını sürətləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin İrandan neft alışını sürətləndirir.

Banco.az xəbər verir ki, Bloomberg-ə danışan mövzuya yaxın mənbələrin məlumatına görə, Şandong əyalətində yerləşən bir neçə neftayırma zavodu bu həftə limanlarda və zavodlardakı gömrüklü anbarlardan İran xam neftini çıxarmağa başlayıb.

Mənbələr bildiriblər ki, çıxarılan bu neftin böyük bir hissəsi yeni kvota ayrılmadan əvvəl satın alınmışdı.

“Teapots” olaraq tanınan Çin özəl neftayırma zavodları digər növlərə nisbətən daha ucuz olduğuna görə ölkənin İran və Rusiyadan etdiyi xam neft alışlarında aparıcı rol oynayır. Lakin bu rafinerilər kvotaların tükənməsi və sanksiyaların təsiri səbəbilə dördüncü rübdə idxal həcmini azaltmağa məcbur qalmışdı.

Pekin dövlətə məxsus olmayan neftayırma zavodlarının idxal edə biləcəyi neft miqdarına nəzarət etmək üçün kvota sistemi tətbiq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram