Çin hökuməti 2024-cü ildə 5 faiz artım hədəfləyib | Banco.az

Çin hökuməti 2024-cü ildə 5 faiz artım hədəfləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti illik artım hədəfini təxminən 5 faiz səviyyələrində müəyyənləşdirib.

Banco.az xəbər verir ki, Çin administrasiyası illik artım hədəfini 5 faiz səviyyələrində müəyyənləşdirib və daşınmaz əmlak bazarındakı çöküş və kök salmış deflyasiyanın zərər vurduğu ölkə iqtisadiyyatını dirçəltmək üçün daha çox stimulların elan ediləcəyi ilə bağlı gözləntiləri artırıb.

Pekin həmçinin 2024-cü ildə işsizliyi 5,5 faizə endirməyi və şəhərlərdə 12 milyon yeni iş yeri yaratmağı hədəfləyir.

2024-cü il üçün istehlakçı inflyasiya hədəfi də ötən illə eyni olmaqla təxminən 3 faiz səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, Çin administrasiyası 2023-cü il üçün də 5 faizlik artım hədəfini açıqlamış, faktiki artım tempi isə 5,2 faizlə hədəfi üstələmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram