Çin enerji bazarında liderlik yarışında ABŞ-ı geridə qoyub | Banco.az

Çin enerji bazarında liderlik yarışında ABŞ-ı geridə qoyub

Müəllif:Mehin Qasımova,Banco.az

Çin bərpa olunan enerji texnologiyalarının ixracını artırmaqla qlobal enerji bazarında liderlik yarışında ABŞ-ı qabaqlayır.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

Agentliyin məlumatına görə, prezident Donald Trampın rəhbərliyi altında qlobal enerji bazarının lideri olmağı qarşısına məqsəd qoyan ABŞ 2025-ci ilin ilk 7 ayında təxminən 80 milyard dollar dəyərində neft və qaz ixrac edib. Eyni dövrdə Çinin ixracı 120 milyard dollara çatıb. Ember analitik mərkəzinin məlumatına görə, avqust ayında Çinin bu cür məhsulların ixracı 20 milyard dollar təşkil edərək, ölkə üçün aylıq rekorda imza atıb.

Ember bərpa olunan enerji texnologiyalarının ucuzlaşmasına baxmayaraq, bu tendensiyanın davam etdiyini vurğulayır. Dəyər baxımından günəş panellərinin ixracı hazırda 2023-cü ilin yazın rekord səviyyələrindən əhəmiyyətli dərəcədə aşağıdır, lakin xaricə göndərilən panellərin ümumi gücü tarixən yüksək səviyyədədir - bu ilin ilk yeddi ayında 46,000 meqavat.

Agentlik həmçinin qeyd edir ki, Çin inkişaf etməkdə olan ölkələrə öz qabaqcıl texnologiyalarını getdikcə daha çox ixrac edir. 2025-ci ildə Çinin elektrikli avtomobil ixracının yarıdan çoxu inkişaf etməkdə olan ölkələrə gedib. Agentlik ABŞ-ın qalıq yanacaq ehtiyatlarını və özünün bərpa olunan enerji texnologiyalarını artıra bilsə də, Çinin qlobal bazardakı rolu artmağa davam edəcək.