Çin 1960-cı illərdən bəri ən uzun deflyasiyanı yaşayır | Banco.az

Çin 1960-cı illərdən bəri ən uzun deflyasiyanı yaşayır

Müəllif:Ayşən İmanova/Banco.az

2025-ci ilin əvvəlində Çin, Mao Tszedunun ölkəni uzunmüddətli tənəzzülə apardığı 1960-cı illərdən bəri ən uzun deflyasiya dövrü ilə üzləşib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin sorğusuna qatılan iqtisadçıların əksəriyyəti hesab edir ki, ötən ilin nəticələrinə görə, ölkədə yenidən qiymətlərdə eniş qeydə alınacaq. “JPMorgan” və “Citigroup” isə bu il deflyasiyanın davam edəcəyinə və onun 0,2 faiz təşkil edəcəyinə əmindir.

Ən sərfəli kredit üçün müraciət et

Çində inflyasiya COVID-19 pandemiyasından əvvəlki on ildə orta hesabla 3,4 faiz təşkil edib, lakin son illərdə vəziyyət dəyişib. Mütəxəssislər bunun əsas səbəbini  ev təsərrüfatlarının 18 trilyon dollar əmanət itirməsinə səbəb olan mənzil böhranı ilə əlaqələndirirlər.

Çinlilər çətinliklə üzləşdikdə, xərcləmək əvəzinə qənaət etməyə üstünlük verirlər, bu da istehlak xərclərinin azalmasına səbəb olur. Uzunmüddətli deflyasiya istehsalçı qiymətlərinə mənfi təsir göstərir ki, bu da öz növbəsində gəlirlərin, investisiyaların və iş yerlərinin azalmasına səbəb olur. Bu amillər müvafiq olaraq tələbin daha da azalmasına gətirib çıxarır.