ChatGPT-dən məsləhət aldı: Xəstəxanalıq oldu | Banco.az

ChatGPT-dən məsləhət aldı: Xəstəxanalıq oldu

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-da baş verən maraqlı hadisə süni intellektdən sağlamlıq məsləhəti almağın təhlükələrini ortaya qoyub.

"Annals of Internal Medicine" jurnalının məlumatına görə, 60 yaşlı kişi qida rasionundan xörək duzunu (natrium xlorid) çıxararaq ChatGPT-dən bir alternativ istəyib. ChatGPT ona natrium bromid adlı bir maddə təklif edib.

Natrium bromid pestisidlərdə, hovuz və isti vanna təmizləyicilərində istifadə edilən zəhərli kimyəvi maddədir.

Bir müddət bu maddədən istifadə edən yaşlı adamda güclü brom zəhərlənməsi əlamətləri görünməyə başlayıb. O, xəstəxanaya yerləşdirilib və ilk 24 saat ərzində həddindən artıq susuzluq, paranoya, vizual və hallüsinasiyalar yaşayıb.

Müalicə edilən kişi psixiatriya şöbəsinə yerləşdirilib və üç həftəlik müalicədən sonra evə buraxılıb.

Mütəxəssislər qeyd edirlər ki, bromid duzları keçmişdə (19-20-ci əsrlərdə) sakitləşdirici vasitə kimi istifadə olunurdu. Lakin qanda bu maddənin yığılması hallüsinasiyalara, hətta komaya səbəb ola bilər. ChatGPT duz alternativi olaraq natrium bromidi tövsiyə edib, lakin onun yan təsirləri və ya təhlükələri haqqında heç bir xəbərdarlıq etməyib.

Alimlər qeyd edir ki, süni intellektlə işləyən chatbot-lardan alınan sağlamlıq məsləhətləri həmişə həkimin təsdiqindən sonra istifadə edilməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram