ChatGPT Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqidir | Banco.az

ChatGPT Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqidir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bazar araşdırması şirkəti Statcounter 2025-ci ilin noyabr ayı üçün ən çox istifadə edilən generativ süni intellekt alətləri haqqında məlumatları açıqlayıb.

Banco.az xəbər verir ki, nəticələr göstərib ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT Azərbaycanda, həmçinin dünya bazarında lider mövqeyə malikdir.

Qlobal araşdırmaya görə, Azərbaycanda ChatGPT 94,07 faiz böyük bazar payı ilə birinci yerdədir. ChatGPT-nin ən yaxın rəqibləri 1,91 faizlə Perplexity və Google Gemini olub. Microsoft Copilot 1,8 faizlə üçüncü yerdə qərarlaşıb. Claude isə 0,32 faiz bazar payına sahib olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram