Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı mövqeyini qoruyub | Banco.az

Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı mövqeyini qoruyub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 547 milyon 91 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 27 min 599 ton təşkil edib.

Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 7 ayına nisbətdə 50 milyon 59 min dollar və ya 8,4% azalıb, miqdarı isə 85 min 862 ton və ya 9.1% artıb.

Qeyd edək ki, yanvar-iyul aylarında Çexiya Azərbaycanın 3 əsas neft idxalçısından 2-cisi olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (8.4 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram