Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya yeddinci dəfədir ki, faiz dərəcələrini sabit saxlayır.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı ardıcıl yeddinci iclasında proqnozlara uyğun olaraq uçot dərəcəsini 3,5 faiz səviyyəsində saxlayıb.
"İnflyasiya əvvəllər gözləniləndən yüksək olsa da, əsas yavaşlama tendensiyasının davam edəcəyi proqnozlaşdırılır", - Koreya Bankının bəyanatında deyilir.
Ən əsası isə Cənubi Koreya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar sərtləşdirməni davam etdirəcəyi ilə bağlı narahatlıqların və geosiyasi risklərin azaldığını düşünür.
Bununla belə, həmçinin bildirilib ki, böyük ölkələrdə məhdudlaşdırıcı pul siyasəti mövqelərinin təsiri ilə qlobal iqtisadi artımın 2024-cü ildə də yavaşlamağa davam edəcəyi proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!