Cənubi Koreya dünyanın ən böyük çip fabriki üçün külli miqdarda investisiya yatıracaq | Banco.az

Cənubi Koreya dünyanın ən böyük çip fabriki üçün külli miqdarda investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya dünyanın ən böyük çip fabrikinə doğru ilk addımı atıb.

Banco.az xəbər verir ki, Cənubi Koreya çip böhranını aradan qaldıracaq dünyanın ən böyük çip fabrikinə sərmayə qoyacaq.

Müvafiq olaraq, “Samsung” və “SK Hynix” bu böyük investisiyada aparıcı mövqedədirlər.

Bəs bu nəhəng sərmayənin məbləği nə qədər olacaq?

Məlum olan ilkin təfərrüatlara görə, Cənubi Koreya 2047-ci ilə qədər cəmi 473 milyard dollar dəyərində çip fabriki mərkəzi quracaq. Sözügedən çip istehsal mərkəzi 21 milyon kvadratmetr sahəni əhatə edəcək.

Layihənin 2047-ci ildə tam gücü ilə aktivləşdiriləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram