Müəllif - Fərid İslamov - Banco.az
Fransız media şirkəti Canal+, ölkədə kino istehsalına 480 milyon avrodan az olmayan sərmayə yatıracağını açıqlayıb.
Müxtəlif film şirkətləri ilə bağlanan sazişə əsasən, Canal+ 2025-ci ildə 150 milyon avro, 2026-cı ildə 160 milyon avro, 2027-ci ildə isə 170 milyon avro sərmayə qoyacaq.
Əvəzində Canal+ və ona məxsus Cine+ telekanallar şəbəkəsi, filmləri kinoteatrlarda nümayişindən cəmi altı ay sonra yayımlamaq hüququ əldə edəcək. Bundan əlavə, şirkət genişləndirilmiş film kitabxanasına çıxış qazanacaq.
Canal+ ödənişli televiziya operatorudur. 2024-cü ildə Vivendi media holdinqindən ayrılıb və onun səhmləri dekabrın ortalarından etibarən London Fond Birjasında (LSE) ticarətə çıxarılıb.
2025-ci ilin əvvəlindən etibarən şirkətin kapitallaşması 13% azalaraq 1,73 milyard funt sterlinqə (2,2 milyard dollar) düşüb.