"BYD"nin səhmləri qiymət endiriminə başladıqdan sonra kəskin ucuzlaşıb | Banco.az

"BYD"nin səhmləri qiymət endiriminə başladıqdan sonra kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"BYD"nin səhmləri qiymət endiriminə başladıqdan sonra kəskin ucuzlaşıb.

Banco.az xəbər verir ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan "BYD" 22 modeldə qiymətləri 34%-dək endirib.

Çinin ən böyük avtomobil istehsalçılarından biri olan BYD, həftə sonu 22 elektrikli və plug-in hibrid modelinə 34%-dək çatan genişmiqyaslı qiymət endirimləri tətbiq etdiyini açıqlayıb.

Bu açıqlamadan sonra şirkətin səhmləri 8,3% ucuzlaşıb. Bundan əlavə, "Li Auto", "Great Wall Motor" və "Geely Automobile" kimi digər çinli avtomobil istehsalçılarının səhmləri də investorların rəqabət narahatlıqları səbəbilə 5%-dən çox dəyər itirib.

Qiymət endirimlərinin sektorda rəqabəti artıracağı və digər rəqib avtomobil istehsalçılarının da bənzər addımlar atacağı gözlənilir. Bu isə daha çox maliyyə itkisinə və sektorda konsolidasiyaya səbəb ola bilər.

Şirkətin dəyişiklikləri arasında, Seagull hatchback modelinin qiymətinin 7780 dollara endirilməsi də yer alır. Bu, 10 min dolların altında qiyməti ilə qlobal maraq qazanan şirkətin ən ucuz avtomobilinə 20%-lik endirim deməkdir. BYD-nin Seal hibrid sedan modeli isə 34%-lik endirimlə ən çox ucuzlaşdırılan model olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram