Müəllif - Fərid İslamov - Banco.az
Çin istehsalçısı BYD səhm yerləşdirməsi vasitəsilə təxminən 43,51 milyard Honq Konq dolları (5,59 milyard ABŞ dolları) cəlb etməyi planlaşdırır.
Şirkət 129,8 milyon səhmi hər biri 335,2 dollar (43,1 ABŞ dolları) qiymətində satacaq. Bu, 3 mart tarixinə qədər son on ticarət gününün orta qiymətindən 11,8% aşağıdır, şirkətin birjaya göndərdiyi mesajda deyilir.
BYD əldə edilən vəsaitlərin bir hissəsini tədqiqat və inkişaf (R&D) işlərinə və xaricdə biznesin genişləndirilməsinə yönəltmək niyyətindədir. Şirkət həmçinin intellektual (avtonom) sürücülük sahəsinə bağlı investisiyalarını davam etdirəcək.
2024-cü ildə BYD Çində 3,7 milyon minik avtomobili satıb ki, bu da əvvəlki ilin göstəricisindən 37% çoxdur.
Çərşənbə axşamı Honq Konqda keçirilən ticarət sessiyasında BYD səhmlərinin qiyməti 6,7% düşərək 339,4 dollara enib. Son üç ayda avtomobil istehsalçısının kapitallaşması 29,3% artaraq 1,08 trilyon dollara çatıb, eyni dövrdə Hang Seng fondu indeksi isə 16,3% yüksəlib.