BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu | Banco.az

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin elektrik avtomobil istehsalçısı BYD qlobal satış həcminə görə Amerika avtomobil nəhəngi "Ford"u geridə qoyub. 

Banco.az xəbər verir ki, bu barədə "Nikkei" məlumat yayıb.

Nəşr qeyd edir ki, "Ford"u geridə qoyan BYD ABŞ-nin "böyük üçlük" şirkətlərindən birini ötüb keçən ilk Çinli avtomobil istehsalçısı olub.

BYD bu ilin iyul-sentyabr nəticələrinə əsasən, “Ford”u ötüb və satış həcminə görə dünyada altıncı yerə yüksəlib. Çin avtomobil istehsalçısı bu müddət ərzində 1,13 milyon avtomobil satıb.

Həmin dövrdə Çinin "Geely" şirkəti ötən ilin eyni dövrü ilə müqayisədə satışlarını 14% (820 min avtomobilə qədər) artıraraq Yaponiyanın "Nissan" şirkətini qabaqlayıb və 9-cu yeri tutub.