BVF: Rusiyanın dövlət borcu 2026-cı ildə G20 ölkələri arasında ən aşağı səviyyədə olacaq | Banco.az

BVF: Rusiyanın dövlət borcu 2026-cı ildə G20 ölkələri arasında ən aşağı səviyyədə olacaq

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ildə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanan məlumatlara əsasən, Rusiya G20 ölkələri arasında ən aşağı dövlət borcu göstəricisinə malik olacaq.

Banco.az xəbər verir ki, Rusiyanın dövlət borcu ÜDM-in 19,1%-i səviyyəsində qiymətləndirilir. Bu göstərici ilə ölkə siyahıya liderlik edir. Türkiyə 25,5% ilə ikinci, Səudiyyə Ərəbistanı isə 32,1% ilə üçüncü yerdə qərarlaşıb.

Siyahının digər ucunda isə ən yüksək borc yükünə malik ölkələr yer alır. Yaponiya ÜDM-in 204,4%-i həcmində dövlət borcu ilə ən yüksək göstəriciyə sahibdir. Onu İtaliya (138,4%) və ABŞ (125,8%) izləyir.

Bundan əlavə, Fransa (118,4%), Kanada (110,7%), Çin (106,9%) və Birləşmiş Krallıq (103,6%) da dövlət borcu ÜDM-in 100%-ni keçən ölkələr sırasındadır. Braziliya isə 96,5% ilə bu həddə yaxınlaşır.

Digər G20 ölkələri arasında borc göstəriciləri belə sıralanır: Hindistan (83,4%), Cənubi Afrika (78,9%), Argentina (70,4%), Almaniya (64,6%), Meksika (62,7%), Koreya Respublikası (54,4%), Avstraliya (50,6%) və İndoneziya (41,5%).