BVF-nin Suriya ilə bağlı açıqlaması: Biz dəstək verməyə hazırıq | Banco.az

BVF-nin Suriya ilə bağlı açıqlaması: Biz dəstək verməyə hazırıq

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Julie Kozack keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatdakı inkişaflarla bağlı qiymətləndirmələr edib.

 

Banco.az xəbər verir ki, Suriya ilə bağlı sualları cavablandıran Kozack, ölkədəki prosesləri yaxından izlədiklərini bildirib.

Beynəlxalq Valyuta Fondunun (BVF) sözçüsü Julie Kozack, Suriyanın yeni iqtisadi rəhbərliyi ilə faydalı danışıqlar apardıqlarını və beynəlxalq səyləri dəstəkləməyə və ölkənin iqtisadi reabilitasiyası üçün texniki yardım göstərməyə hazır olduqlarını bildirib.

Kozak, BVF işçilərinin şərtlərin imkan verdiyi kimi Suriyanın iqtisadi reabilitasiyasına kömək etmək üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə hazır olduqlarını və Suriyanın yeni iqtisadi administrasiyası ilə "faydalı" görüşlər keçirdiklərini söyləyib.

Kozak BVF işçilərinin Suriya iqtisadiyyatını yenidən anlamaq üçün işlərə başladığını və bu işi Suriya rəsmiləri ilə təmaslar və digər maraqlı tərəflərlə koordinasiyalı şəkildə həyata keçirdiklərini qeyd edib.

ABŞ və Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarına gəlincə, Kozak bunun BVF-yə üzv ölkələr arasında bir məsələ olduğunu bildirib.

Kozak Suriya səlahiyyətliləri ilə sıx əməkdaşlıq etdiklərini və səlahiyyətləri daxilində ən yaxşı şəkildə necə dəstək verə biləcəklərini araşdırdıqlarını söyləyib.