“Buta Sığorta”nın səhm emissiyası baş tutmayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Buta Sığorta”nın səhm emissiyası baş tutmayıb

“Buta Sığorta” ASC-nin səhm emissiyası baş tutmayıb. Bu barədə, Banco.az  portalı “APA-Economics”in Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK)  istinadən verdiyi məlumata əsasən xəbər verir

Məlumatda deyilir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1.1.-ci maddəsi və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”nın 4.47.1-ci bəndinə əsasən QKDK-nin 125 saylı 10 avqust 2015-ci il tarixli Əmri ilə “Buta Sığorta” açıq səhmdar cəmiyyətinin QKDK tərəfindən 19 mart 2014-cü il tarixdə  dövlət qeydiyyatına alınmış (qeydiyyat №-si AZ1001005292) hər birinin nominal dəyəri 20 manat olan 200 000  ədəd adi adlı səhmlərinin buraxılışı baş tutmamış hesab edilib.