Bugünkü hərracda 11 yeni əmlak özəlləşdirilib | Banco.az

Bugünkü hərracda 11 yeni əmlak özəlləşdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib. Budəfəki hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Özəlləşən avtomobillər Rusiya, İtaliya istehsalı maşınlar olub. Buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edib.

Mənbə: report.az