Bu universitetdə maaşlar artırıldı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu universitetdə maaşlar artırıldı

Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları minimum 50 AZN artırılıb. Universitetdən verilən məlumata görə, əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəlib. 

Bildiriblər ki, bu qərar işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlıdır. Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.  

Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.

©Fins.az