Bu sahədə maaşlar 4 min manatdan yüksəkdir | Banco.az

Bu sahədə maaşlar 4 min manatdan yüksəkdir

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3843,9 manat, qeyri neft-qaz sektorunda 1036,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,7 manat, özəl müəssisələrdə isə 1115,1 manat olub.

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 675,2 manat), maliyyə-sığorta (2 918,4 manat), informasiya və rabitə sahəsindədir (1 872,2 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (684 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 787,6 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 308,9 manat.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram