Bu ölkənin əhalisi 10 ildə təxminən 14% azalıb | Banco.az

Bu ölkənin əhalisi 10 ildə təxminən 14% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Moldovanın daimi əhalisi son 10 ildə 388 min nəfər və ya 13,9% azalıb.

Banco.az xəbər verir ki, bu barədə Milli Statistika Bürosunun açıqladığı məlumatda deyilir.

Bildirilir ki, əhali və mənzil siyahıyaalınmasının keçirildiyi tarixə - 2024-cü il aprelin 8-nə daimi yaşayış yeri olan əhalinin sayı 2 milyon 401 min nəfər təşkil edib. 2014-cü il siyahıyaalınması ilə müqayisədə 2024-cü il siyahıyaalınmasının ilkin nəticələrinə görə, daimi əhali 13,9% azalıb.

Bu dövr ərzində əhalinin azalmasına təbii artımının azalması - xüsusilə pandemiya zamanı - və xarici miqrasiyanın mənfi balansı təsir göstərib.

Hazırda ölkədə urbanizasiya prosesi davam edir, son 10 ildə şəhər əhalisinin xüsusi çəkisi 2014-cü ilin siyahıyaalınması ilə müqayisədə 7,9 faiz artaraq 38,5 faizdən 46,4 faizə yüksəlib.

Qeyd edək ki, Moldovada qadın əhalisi üstünlük təşkil etməkdə davam edir - 2024-cü ildə bu, 1 milyon 269 min nəfər (ümumi əhalinin 52,9%-i) təşkil edib. Kişi əhalisi isə 1 milyon 131 min - 47,1% təşkil edib.