Bu ölkədə kriptovalyutanın leqallaşdırılması planlaşdırılır | Banco.az

Bu ölkədə kriptovalyutanın leqallaşdırılması planlaşdırılır

Müəllif:Ayşən İmanova/Banco.az

Ukraynada kriptovalyutanın leqallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır.

Banco.az xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Qetmançev bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər Ukrayna Milli Bankı və Beynəlxalq Valyuta Fondunun üzərində işlədiyi müvafiq qanun layihəsinin yekunlaşdırılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

"Düşünürəm ki, təxminən, gələn ilin birinci və ya ikinci rübündə biz artıq kriptovalyutanı leqallaşdıra və ona uyğun olaraq vergiyə cəlb edə bilərik", - Qetmançev qeyd edib.

O, kriptovalyuta üçün heç bir güzəştin olmayacağını vurğulayıb.

“İnvestisiya mənfəəti vergiyə cəlb edildikdə, qiymətli kağızlarla əməliyyatların vergiyə cəlb edilməsi modeli əsasında müntəzəm vergitutma olacaq”, - komitə sədri əlavə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et