Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya sənayesinin bütün sahələrində geniş miqyaslı ixtisarlar gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə “N-tv” Münhen İfo Universitetinin sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, həmçinin pərakəndə ticarətdə iş yerlərinin sayında azalma gözlənilir. Bu dinamika Almaniya ixracının azalması ilə əlaqələndirilir.
Eyni zamanda, turizm və IT sektorlarında vakansiyaların sayında artım gözlənilir. Tikinti sənayesində, analitiklərin fikrincə, iş yerlərinin sayı 2025-ci ildə dəyişməz qalacaq və 2026-cı ildə artmağa başlayacaq.
"Əmək bazarında vəziyyət gərgin olaraq qalır", - deyə Ifo sosioloqu Klaus Volrabe qeyd edib.