Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyada düyü qiymətləri iki dəfə artıb.
Banco.az xəbər verir ki, iqlim və təbii fəlakətlər Yaponiyada düyü istehsalına zərbə vurub və qiymətlər 29 dollara qədər yüksəlib. Hökumət ehtiyatları bazara çıxarsa belə, heç bir həll yolu tapılmır.
Kənd təsərrüfatı naziri Eto Takunun “düyü artıqlığı” açıqlaması isə Yaponiyada böyük səs-küyə səbəb olub. Rəsmi Kyodo xəbər agentliyinin məlumatına görə, nazir Eto ötən gün pul yığımı mərasimində çıxışı zamanı verdiyi açıqlamalara görə tənqid edilib.
Yaponiyada düyü qiymətləri iki dəfə artdığı bir vaxtda kənd təsərrüfatı naziri Etonun “Evdə satmağa kifayət qədər düyüm var” deməsi ictimaiyyətin qəzəbinə səbəb olub. Peşman olduğunu bildirən Eto istefa verməyəcəyini açıqlayıb.