Bu ölkə “TikTok”u bir il müddətinə bloklayır | Banco.az

Bu ölkə “TikTok”u bir il müddətinə bloklayır

Müəllif:Ayşən İmanova/Banco.az

Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə “TikTok” platformasını bir il müddətinə bloklayacaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Edi Rama bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.

“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”, - baş nazir qeyd edib.