Bu milyarder işçilərinə 20,7 milyon dollarlıq bonus payladı | Banco.az

Bu milyarder işçilərinə 20,7 milyon dollarlıq bonus payladı

Müəllif:Mehin Qasımova,Banco.az

Nigeriyalı milyarder Afrikanın ən varlı iş adamlarından biri olan Əbdülsəməd Rabiu şirkət işçilərinə ümumilikdə 20,7 milyon dollar məbləğində nağd bonus paylayıb.

Banco.az xəbər verir ki, Afrikada sərvətinə görə dördüncü yerdə qərarlaşan və dünyanın ən varlı 400 adamı sırasında yer alan Rabiu bu addımı ilə beynəlxalq mediada gündəmə gəlib.

Bonus proqramından təxminən 1800 işçi faydalanıb. Ödənişlərin məbləği işçilərin şirkətdəki fəaliyyəti, sədaqəti və performans göstəricilərinə uyğun olaraq dəyişib. Açıqlanan məlumata görə, şirkətdə fərqlənən 5 işçinin hər biri təxminən 691 min dollar bonus alıb. Bundan əlavə, onlarla əməkdaşa 3450 dollardan 13810 dollara qədər pul mükafatı verilib.

Sement, şəkər və müxtəlif sənaye sahələrinə yatırımlarla böyük sərvət qazanan Əbdülsəməd Rabiu işçilərə yönəlmiş sosial siyasəti ilə daha əvvəl də diqqət çəkib.

Onun bu dəfə payladığı milyonlarla dollarlıq bonuslar iqtisadi çətinliklərin hökm sürdüyü dövrdə belə əməyin qiymətləndirilməsinin mümkün olduğunu göstərən nümunə kimi dəyərləndirilir.