Bu il "Şahdağ Turizm Mərkəzi"nə 300 min turist gəlib | Banco.az

Bu il "Şahdağ Turizm Mərkəzi"nə 300 min turist gəlib

Bu ilin dekabrın 15-nə qədər Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ Turizm Mərkəzi" QSC-ni 300 min turist ziyarət edib.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzin sədri Rüstəm Nəcəfov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım deməkdir.

R.Nəcəfov əlavə edib ki, sözügedən dövrdə mərkəzin hotellərində 174 min turist gecələyib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur. 

report