2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 462.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 405 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 0.7% və ya 8.2 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 8.2% və ya 36 milyon manat azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 441 milyon manat təşkil edib.
