Bu il Azərbaycan xaricdən ət alışını azaldıb | Banco.az

Bu il Azərbaycan xaricdən ət alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 555 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 20,1%, dəyəri isə 14% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 834 min dollar dəyərində 48 min 241 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram