Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar ayında Gürcüstana 25 milyon 79 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 601 min dollar və ya 2,5% çoxdur.
Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 24,5 milyon dollar təşkil edib.
Hesabat dövründə bu ölkə Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (75,6 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!