Isveçrənin SEBA Bank AG bitcon bazasında yeni innovativ investisiya məhsulunu təqdim etdi. Bankın 24 iyun tarixində elan etidiyi və Dual Currencу Certificate adlı bank məhsulu investorlara bitcoin-in qiymətinin volatilliyindən faydalanmağa imkan yaradacaq. BTC/USD sertifikatı, bitcoin-in qiymətinin artması və ya enməsini gözləyən investorlar üçün bir endirim sertifikatıdır (Discount Certificate). Sertifikat bitcoin-in faktiki qiyməti əsasında 3 həftə ərzində bağlanmaq şərti ilə verilir. Bitcoin-in qiyməti ödəmə müddətinin sonunda icra qiymətinə bərabərdirsə və ya daha çox olarsa investor 3,23% qazancı əldə edəcək. Əgər ödəmə müddətinin sonunda qiymət icra qiymətindən aşağı olarsa investor vəsaitini itirəcək.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!