Britaniya milyonçularının yarısını itirə bilər | Banco.az

Britaniya milyonçularının yarısını itirə bilər

Britaniya milyonerlərinin yarıdan çoxu hökumətin yeni sərvət vergisi tətbiq edəcəyi təqdirdə başqa ölkəyə köçə biləcəklərini bildiriblər.

Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" “Arton Capital” konsaltinq şirkətinin sorğusuna istinadən məlumat yayıb .

Sorğunun nəticələrinə görə, respondentlərin təxminən 60%-i köçdükləri təqdirdə həyat standartlarının yaxşılaşacağına inanırlar. Potensial istiqamətlər arasında ABŞ liderlik edir, onu Kanada, Avstraliya və BƏƏ izləyir. Bu seçim aşağı vergilər və ingilis dilli mühitlə izah olunur.

Arton Capital sorğusu iyulun sonundan avqustun əvvəlinə qədər ən azı 1 milyon funt sterlinq (1,4 milyon dollar) gəliri olan 1000-dən çox Böyük Britaniya vətəndaşı arasında aparılıb .

Böyük Britaniyanın Maliyyə Nazirliyinin kansleri Rachel Reeves ölkə büdcəsində 20-25 milyard funt-sterlinq (27-33 milyard dollar) aralığında boşluq yaratmağa çalışır.

Böyük Britaniya Xəzinədarlığı gəlir vergisi, ƏDV və ya milli sığortanın artırılmasını nəzərdən keçirmir, lakin payız büdcəsində mümkün sərvət vergisi ilə bağlı şayiələri təkzib etmir.