Müəllif:Ayşən İmanova/Banco.az
Britaniyanın BP şirkəti işçi qüvvəsini 5% və ya təxminən 4,7 min nəfər azaltmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə CNBC şirkətə istinadən məlumat yayıb.
Bildirilir ki, BP həmçinin 3 minə yaxın podratçının xidmətlərindən imtina edəcək.
Nəşrin məlumatına görə, ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard dollar azaldılması üçün tədbirlər elan etmişdi və dünən elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.
Qeyd edək ki, BP səhmləri cümə axşamı London birjasında 1,8% bahalaşıb. Son 12 ayda şirkətin kapitallaşması 3,1% azalaraq 66,87 milyard funt sterlinqə (81,62 milyard dollar) düşüb.