BP Azərbaycanda sosial layihələrə xərclərini azaldıb | Banco.az

BP Azərbaycanda sosial layihələrə xərclərini azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 1,5 milyon dollardan çox vəsait xərcləyiblər. Bu, 2023-cü illə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 25% azdır.

Banco.az bu barədə BP-nin 2024-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verir. 

Məlumata görə, ötən il ərzində bu layihələrə hazırda davam edən 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir. Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə il ərzində təxminən 1,7 milyon dollar (illik müqayisədə 0.8 milyon dollar çox) vəsait xərcləyib.

Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 2 layihə və müxtəlif mövzularda 11 konfrans və seminara dəstək, yəni ümumilikdə 40 layihə daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram