BP və tərəfdaşlarının Azərbaycanın neft-qaz layihələrinə ümumi investisiyası 66 milyard dollar təşkil edir.
Bunu “Caspian Oil & Gas 2017” Beynəlxalq konfransında “BP-Azerbaijan” şirkətinin “Cənub qaz dəhlizi” üzrə vitse-prezidenti Co Merfi deyib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda olmasından çox məmnundur ki, bu məmnunluq da özünü çoxsaylı uğurlu layihələrdə göstərir.
"Şah Dəniz-2" layihəsindən də danışan C.Merfi əlavə edib ki, layihə ilə bağlı heç bir problem yoxdur, ilk qaz 2018-ci ildə hasil ediləcək və ixrac ediləcək.
©Trend