Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 896 milyon 477 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% və ya 53 milyon 396 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ilin eyni aylarında Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 843 milyon 81 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!